“Bir gün təqvimimizə Qərbi Azərbaycana qayıdış günü də salınacaq”
“İnanırıq ki, bir gün təqvimimizə Qərbi Azərbaycana qayıdış günü də salınacaq”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini Əli Hüseynli “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, maddi-mədəni irsimizdən danışarkən islam və xristianlıqla kəsişən tarixi irsimizə sahib çıxmalıyıq: “Bu gün təqdimatı keçirilən kitab tariximizin təbliğatı baxımından olduqca əhəmiyyətlidir”.