Sabah Xankəndidə dünya erməniliyi və onun havadarları üzərində qələbənin nümayişi olacaq - Deputat

 13:03 07.11.2023     597

"8 noyabr Zəfər bayramı günü müasir tariximizin ən parlaq səhifələrindən biridir. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğalçılardan azad edilməsi ilə düşmən məğlubiyyət sənədini imzalamağa məcbur oldu. Noyabrın 8-də qazanılan qələbə Azərbaycan xalqının üzərindəki ləkəni sildi, başını uca etdi. Sabah Xankəndidə ilk dəfə olaraq parad keçiriləcək".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı Zəfər Günü ilə bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, bu hadisə əhəmiyyətinin miqyasına görə çox genişdir:

"Çünki heç bir zaman, 1988-ci ildən bəri Xankəndidə suverenliyimiz hakim olmayıb, qanunlarımız işləməyib. İlk dəfə bu il sentyabrın 18-19-da lokal xarakterli antiterror tədbirlərindən sonra düşmənin diz çökməsi nəticəsində bütün ərazilərimizdə, o cümlədən ilk dəfə olaraq Xankəndidə dövlət suverenliyimiz bərqərar edildi. Sabahkı parad bütün dünyaya mesajdır. Bu parad işğalçı Ermənistan, dünya erməniliyi və onun havadarları üzərində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan parlaq qələbənin nümayişi olacaq. Allah şəhidlərimizə rəhmət etsin, millətimizi, dövlətimizi və Ali Baş Komandanımızı qorusun".

Həmidə İBRAHİMLİ