İmişlidə orta məktəbdə mənimsəmə ilə bağlı cinayət işi açıldı

 17:45 07.11.2023     244

İmişli rayon Sarıxanlı kənd 1 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan Redaktor.az-a verilən məlumata görə, araşdırmalarla qeyd olunan məktəbin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən süi-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.