XİN Zəfər Günü ilə bağlı paylaşım etdi

 09:24 08.11.2023     217

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.

Redaktor.az xəbər verir ki, nazirliyin "X" hesabındakı paylaşımında canı və qanı bahasına Azərbaycan tarixinə şanlı zəfəri yazan igidlərə xüsusi diqqət çəkilib.

"Bu gün ölkəmizdə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbənin təntənəsi olan milli qürur bayramımız 8 Noyabr - Zəfər Günü qeyd olunur. Canı və qanı bahasına tariximizə şanlı zəfəri yazan igidlərimizi minnətdarlıqla yad edirik. Zəfər Günün mübarək, Azərbaycan!",- paylaşımda qeyd olunub.

Xarici işlər naziri Ceyhun Bayramov da 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: "Artıq üçüncü ildir ki, təqvimlərimizdəki işğal tarixlərini qələbə günlərilə əvəzləyən Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuzun qazanaraq ədaləti bərpa etdiyi parlaq qələbəni, 8 Noyabr-Zəfər Gününü qeyd edirik. Bayramın mübarək, Azərbaycan, sənə Zəfər yaraşır!"