Bu ərazinin bir hissəsində su kəsiləcək

 10:14 08.11.2023     351

Bu gün Bakının Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məhdudiyyətlərə səbəb magistral su kəmərində baş vermiş qəzadır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.