Milli Məclis Zəfər Günü ilə bağlı paylaşım etdi

 11:43 08.11.2023     263

Milli Məclisin sosial şəbəkələrdəki rəsmi səhifələrində 8 Noyabr-Zəfər Günü münasibəti ilə paylaşım edilib.

Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Paylaşımda Vətən müharibəsində möhtəşəm Zəfərin ildönümündə bu Şanlı Qələbənin qürurunu xalqımıza yaşadan qəhrəman övladlarımızın şücaətləri minnətdarlıqla qeyd olunub, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimiz rəhmətlə anılıb.