Laçın şəhərində Zəfər Günü münasibətilə Bayraq yürüşü keçirildi

 12:06 08.11.2023     307

Laçın şəhərində Zəfər Günü münasibətilə Bayraq yürüşü keçirilib.

Redaktor.az xəbər verir ki, yürüşdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Bakı Abadlıq” MMC-nin rəsmiləri, Laçın sakinləri, hərbçilər, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Bayraq meydanından başlayan yürüş Seyrəngah adlı əraziyə qədər davam edib.

Seyrəngahda tədbirin bədii hissəsi keçirilib. Saat 15:00-da isə Laçın bulvarında bayram konserti olacaq.