“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinə böyük töhfələr verib”

 17:25 08.11.2023     215

“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfələr verib”.

Redaktor.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı, habelə ondan əvvəl və sonrakı dönəmlərdə ölkəmizdə daxili sabitliyin qorunub saxlanılmasında,  anti-Azərbaycan qüvvələrinin təxribatçı fəaliyyətinin qarşısının alınmasında bu qurum mühüm rol oynayıb:

“Dövlət Təhlükəsizliyi Xidməti müharibə dönəmində düşmənə qarşı mübarizədə yaxından iştirak edib, öz peşəkarlığı, fədakarlığı, yerinə yetirdiyi həyati missiyalarla dövlətimizin labüd qələbəsini yaxınlaşdırıb. Məhz Dövlət Təhlükəsizliyi Xidmətinin sayıqlığı nəticəsində nə müharibə, nə də post-müharibə dönəmində ölkəmizdə hər hansı terror aktı baş verməyib, bütün təxribat planları, məkirli niyyətlər vaxtında de-şifrə edilib. Dövlət başçısının bütün göstərişləri xüsusi xidmət orqanları tərəfindən qüsursuz şəkildə yerinə yetirilib.

Mən qələbimzə verdiyi bu böyük, inkaredilməz töhfəyə görə Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarına, eləcə də adıçəkilən qurumun rəhbəri general Əli Nağıyevə minnətdarlığımı bildirir, onları 8 Noyabr Zəfər günü münasibətilə təbrik edirəm.

Xatırladım ki, bu gün həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general Əli Nağıyevin ad günüdür. Mən hörmətli generalımızı həm də ad günü münasibətilə təbrik edir, ona xidməti və şəxsi həyatında müvəffəqiyyətlər arzulayıram”.