Ceyhun Bayramov bayram paylaşımı etdi

 10:51 09.11.2023     333

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan dövləti və xalqını təbrik edib.

Redaktor.az xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib.

"9 noyabr tarixində, şanlı və müzəffər dövlətimizin rəmzi olan üçrəngli dövlət bayrağımızın qəbul edilməsindən 105 il ötür. Şanlı zəfərimizin nişanəsi olan üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!", - o bildirib.