“Azəriqaz” şəhid ailəsinin müraciətini yerinə yetirdi - VİDEO

 20:28 09.11.2023     341

Şəhid Şahin Hümbətovun anası Sabirabad rayonunun Minbaşı kənd sakini Nargilə Hümbətova fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciət edib.

Redaktor.az xəbər verir ki, müraciətlə bağlı “Azəriqaz”ın Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları əraziyə cəlb olunub və fərdi yaşayış evi mavi yanacaqla təmin edilib.

Şəhid anası göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahin Hümbətov Kəlbəcər, Cəbrayıl, Füzuli Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak edib. O, oktyabrın 26-da Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.