Güclü külək nəticəsində Bakıda bu qədər ağac sındı

 16:18 10.11.2023     394

Noyabrın 9-dan indiyə qədər Bakıda şiddətli külək nəticəsində 13 ağac sınıb.

Bu barədə Redaktor.az-a Yaşıllaşdırma Təsərrüfatı Birliyindən xəbər verilib.

Eyni zamanda 23 ağacın budaqları sınıb. Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sınan ağaclar götürülüb və operativ şəkildə ərazi təmizlənib. Küləklə əlaqədar Yaşıllaşdırma Tərərrüatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.