TƏBİB-dən Biləsuvarda azyaşlının ölümü ilə bağlı AÇIQLAMA

 17:59 10.11.2023     306

TƏBİB Biləsuvar rayonunda azyaşlı ölümü ilə bağlı açıqlama verib.

Redaktor.az-a bildirilib ki, 10 noyabr 2023-cü il tarixində saat 13:30 radələrində Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 2015-ci il təvəllüdlü vətəndaşı üçün təcili yardım çağırışı olub.

"Vətəndaşın xəstəxanaya qədər ölüm halı qeydə alınıb", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bu gün 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı qəfil vəfat edib. Onun ölümünə ev şəraitində hazırlan kələm turşusunun səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.