Bakıda aptekdə təhlükəli hal aradan qaldırıldı

 19:52 11.11.2023     364

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda aptek binasının damında dəmir parçasının qalması barədə məlumat daxil olub.

Nazirlikdən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində dəmir parçası müvafiq qaydada götürülərək təhlükə aradan qaldırılıb.