"Son 5 il ərzində dövlət büdcəsinin qeyri-neft gəlirləri təqribən 6,3 milyard manat artıb" - Tahir Mirkişili
Son 5 il ərzində Azərbaycanda dövlət büdcəsinin qeyri-neft gəlirləri təqribən 6,3 milyard manat artıb.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili söylədi.
O bildirdi ki, Azərbaycan regionun əsas yaşıl enerji ixracatçısına çevriləcək:
“Qeyri-neft, qaz sektoru üzrə vergi və gömrük orqanlarının vasitəsilə təmin olunan gəlirlərin təqribən 1,1 milyard manat artıq planlaşdırılmasını məqbul hesab edirəm. Ümumiyyətlə, son 5 ildə vergi və gömrük orqanlarının xətti ilə təmin olunan dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 66% artması təqdirəlayiq haldır".
Humay İSGƏNDƏRLİ