"2023-cü il erməni separatçılığına son qoyulduğu ildir" - Deputat

 11:23 13.11.2023     246

2023-cü il Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməsinin 20 ili tamam oldu.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili söylədi.

Onun sözlərinə görə, bir tərəfdən qlobal pandemiya ilə mübarizə, digər tərəfdən müharibə aparmış, antiterror tədbirləri həyata keçirmiş bir ölkənin iqtisadiyyatının kifayət qədər dözümlü olması Prezidentin böyük nailiyyətidir:

“2023-cü il Azərbaycan bayrağının Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndidə dalğalandığı, uzun illər dövlətimizə və xalqımıza böyük zərər vermiş erməni separatçılığına son qoyulduğu ildir”.

Humay İSGƏNDƏRLİ