"Azad olunmuş ərazilərdə quruculuq işlərinə ayrılan vəsait 12 milyarda çatdırılacaq" - Samir Şərifov

 11:36 13.11.2023     314

Azərbaycan tarixin ən qüdrətli dövrünü yaşayır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

O söylədi ki, Zəfərimizin 3-cü ilində bütün ərazilərimizdə suverenliyimiz tam təmin olunmuşdur:

“Təcavüzə və işğala son qoyan Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir. Azad olunmuş ərazilərdə quruculuq işlərinə ayrılan vəsaitin cari ilin sonundan 12 milyarda çatması gözlənilir”.

Humay İSGƏNDƏRLİ