"Kreditlərin faizlərini Bakıdan uzaqlaşdıqca azaltmaq olar" - Hikmət Babaoğlu

 11:19 14.11.2023     486

Qürurvericidir ki, Azərbaycanın hər qarışı üçün istifadə olunacaq büdcəni müzakirə edəcəyik.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

“Bu günki büdcənin müzakirəsinə diqqət etsək görəcəyik ki, Xankəndidə xərclənəcək pullar Azərbaycanın rifahı üçündür. Ermənistan kapitulyasiya aktına imza atsa da, hələ də silahlanır. Sosial xərclər ötən ilə nisbətən 7 faiz artıb. Bəzən sosial dövlət fəlsəfəsini yanlış anlayırıq. İş yerləri açmaqla sosial xərcləri azalda bilərik. Vergi və bank xidmətləri ilə bağlı diferensiallaşma ola bilər. Kreditlərin faizlərini Bakıdan uzaqlaşdıqca azaltmaq olar. Diqqətimi çəkən məsələ elm və təhsil xərcləri oldu. Qərbi Azərbaycana qayıdış gündəmdə ikən tariximiz daha yaxşı öyrənilməlidir. Elmin inkişafına pul ayırırıq lap yaxşı, bəs, hesabatlılıq varmı”,- deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ