"İnsanlar bunu etmək məcburiyyətindədir" - Deputat

 11:56 14.11.2023     383

Oğuzun 8, Qəbələnin 7 kəndində qazlaşdırma problemi qalmaqdadır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqiyə Naxçıvanlı dedi.

“Meşələrə odun az limitlə verilir. Meşələrimiz qanunsuz qırılır, insanlar bunu etmək məcburiyyətindədir. Çünki o rayonlarda qış çox sərt keçir.  Bu gedişlə o rayonlarda meşələrimiz məhv olacaq. Oğuzda da iş yerlərinin açılmasına ciddi ehtiyac var. Gənclər rayonlardan gedirlər. Yüksək bal toplayan Oğuz gəncləri işsizliklə bağlı bu məsələni vurğulayırlar”, - deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ