"Gələcək diplomatlarımız xarici dil bilməlidirlər" - Sahibə Qafarova deputata CAVAB VERDİ

 12:07 14.11.2023     353

Güclü diplomatiya formalaşdırmaq məsələsi büdcəmizdə öz əksini tapıb.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında sədr Sahibə Qafarova deyib.

O bildirib ki, gələcək diplomatlarımız rus, ingilis, fransız, ümumiyyətlə xarici dil bilməlidirlər, bunu da hamı yadında saxlasın.

Qeyd edək ki, deputat Hikmət Babaoğlu çıxışı zamanı “Bu gün dil bilmək Azərbaycanda savadlılığın dərəcəsi kimi qiymətləndirilir. Gedirlər dil öyrənirlər, sonra xaricə gedib bir diplom da alırlar və gəlib Azərbaycanı idarə edirlər. Azərbaycanın nağıllarını, dastanlarını, folklorunu bilmədən Azərbaycanı idarə edəcəksiniz? Orta məktəbdən yayınıb, dil öyrənməyə yönəlirlər. Biz dil bilən aristokratiya yetişdirə bilmərik”, - deyə vurğulamışdı.

Humay İSGƏNDƏRLİ