Spikerlə deputat arasında fikir ayrılığı yarandı - "Təhsildən gələn adamsız, bunu daha yaxşı bilirsiz"

 12:42 14.11.2023     347

Təhsilə və elmə ayrılan vəsait bu il də artırılıb.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

“Repetitorluq bu il də artmaqda davam edir. Azərbaycanda şagirdlərin 93%-i bu xidmətdən istifadə edir. Məktəb öz işini layiqincə yerinə yetirsəydi, valideyn pulunu uşağın qidalanmasına və paltarına ayırardı. Qəbul imtahanlarının nəticəsi göstərir ki, bütün qruplar üzrə şagirdlərin 50%-i 0-50 bal toplayıb. Ən yaxşı halda məktəbə gələn yuxarı sinif şagirdləri 40%-dir. Büdcənin təhsilə ayırdığı pulun artması bunun üçündürmü? 2004-cü ildən bəri Azərbaycan ensiklopediyasının 8 cildi çap olunub”,- deyə deputat bildirdi.

Spiker Sahibə Qafarova deputata cavab olaraq deyib ki, sizin sözünüzdən belə çıxır ki, təhsildə heç bir islahat yoxdur:

“Təhsildə islahat üçün ən azı 5-6 il lazımdır, islahat 2-3 il ərzində olmur. Təhsildən gələn adamsız, bunu daha yaxşı bilirsiz”.

Humay İSGƏNDƏRLİ