"3 otaqlı bir pansionatda biznesmen kimi qalıram" - Sabir Rüstəmxanlı

 11:36 15.11.2023     444

Milli Məclisin deputatlarının başqa qayğısı da var.

Redaktor.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı dedi.

“Deputatlar diplomatik pasportla xaricə gedəndə ailə üzvlərini özləriylə apara bilirdilər. İndi  VİP salonda özün gedirsənsə istifadə edə bilərsən, ailə üzvün istifadə edə bilmir. Millət vəkillərinə yüz cür münasibət var. VİP salondan biznes sahiblər və s. rahat istifadə edir. Millət vəkilinin fəaliyyət müddəti bitir deyirlər ki, gətir diplomatik pasportunu təqdim et. Bu dünyanın heç yerində yoxdur. 3 otaqlı bir pansionatda biznesmen kimi qalıram. Biznes qeydiyyatı ilə illik pul alırlar. Niyə millət vəkilinə bu cür yanaşılır. Nazirlər Kabineti normal qalır. Millət vəkilinin statusu aşağı salına bilməz. Onlar ən ağır yükü daşıyır, xalqın içindədir. Bunu Milli Məclis həll edə bilməz, amma müzakirə olunmalıdır”,- deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ