"İşğaldan  azad edilmiş ərazilərdə fəaliyyət göstərən əcnəbilər üçün güzəştlər var" - Miqrasiya Xidmətinin rəisi

 10:39 16.11.2023     305

İşğaldan  azad edilmiş ərazilərdə fəaliyyət göstərən əcnəbilər üçün müəyyən güzəştlər var.

Redaktor.az xəbər verir ki, bunu “Miqrasiya maarifləndirilməsində medianın rolu və peşəkar media” mövzusunda keçirilən seminarda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə əmək fəaliyyətinə cəlb edilənlərə verilən iş icazəsi 5 il müddətində kvotaya daxil edilmir:

"İş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər. Həmin şəxslər nizamnamə kapitalı, dövriyyə və işçi sayı ilə bağlı tələblərdən azaddılar".

Humay İSGƏNDƏRLİ