Asəf Hacıyev yenidən Baş katib seçildi

 14:59 17.11.2023     317

Noyabrın 16-17-də Ukraynanın Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 62-ci plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən xəbərə görə, toplantıda Qara Dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərin rolu, fövqəladə hallar zamanı əməkdaşlıq, uşaq hüquqlarının qorunması və digər məsələlər müzakirə olunub. Həmçinin iclasda bir sıra təşkilati məsələlərə baxılıb, QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev qurumun Baş katibi vəzifəsinə yenidən seçilib.

Yekunda qurumun növbəti sessiyasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.