Siyəzən sakini könüllü olaraq sənədsiz silahını polisə təqdim etdi

 21:09 17.11.2023     374

Siyəzən sakini könüllü olaraq sənədsiz silahını polisə təqdim edib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahın könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 1 ədəd ov tüfəngi təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.