Dünya bazarlarında neft bahalaşdı

 09:30 18.11.2023     489

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 3,19 dollar və ya 4,12% artaraq 1 barelə görə 80.61 dollar təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,99dollar və ya 4,1% artaraq 75.89 dollara yüksəlib.