Mədət Quliyev nazir vəzifəsindən azad edildi

 10:07 18.11.2023     856

Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sərəncamla o, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.