Bu ərazilərə qar yağdı - FAKTİKİ HAVA

 11:47 18.11.2023     814

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 18-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağıb.

Redaktor.az bu barədə xidmətə istinadən xəbər verir.

Düşən yağıntının miqdarı: Qaxda 16 mm, Quba, Gədəbəydə 10 mm, Qusar, Şəkidə 6 mm, Ordubad, Xaltan, Şahdağda 5 mm, Göygöl, Şahbuz, Zaqatala, Altıağac, Qrızda 4 mm, Daşkəsən, Gəncə, Şamaxı, Qobustanda 3 mm, Naxçıvan, Şərur, Culfa, Şabran, İsmayıllı, Mingəçevir, Lerikdə 2 mm, Tərtər, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Xaçmaz, Salyan, Biləsuvar, Lənkəran, Yardımlı, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Şahdağda 2 sm, Qrızda 1 sm olub.