"Özəl məktəblərdə müşahidə kameraları quraşdırılsın" - Deputatdan TƏKLİF

 10:14 20.11.2023     254

"Özəl məktəblərdə müşahidə kameraları quraşdırılmasını təklif edirəm. Rəhbərlik və valideynlər bu kameralar vasitəsilə uşağın nə etdiyini və müəllimlərin onunla rəftarını izləyə bilərlər. Özəl təhsil müəssisələrinin çoxunda kameralar yoxdur, və yaxud kameraların geniş yaddaş və kənardan müşahidə olunma imkanları yoxdur. Bu hallar məktəblərdə özbaşınalıq hallarının baş verməsinə səbəb olur. Ölkənin bir çox məktəblərinin şagirdlərin bir-biri, həmçinin müəllimlərin şagirdlərlə davranışları və bunun fəsadları haqqında çoxumuz məlumatlıyıq".

Bu sözləri Redaktor.az-a Milli Məclisin depuatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, məktəblər kameralaşdırılsa, bu problemlərin aradan qalxacağı, azalacağı şübhəsizdir: 

"Orta məktəblərdə, xüsusilə ibtidai siniflərdə onlayn kamera görüntülərini izləmək funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı. Təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Təhsil ocaqlarının kameralaşması böyük məbləğdə vəsait tələb etsə də, özəl məktəblərin yüksək qiymətləri onların kameralaşma xərclərini ödəmə imkanlarının olduğunu bildirir. Bildiyiniz kimi, son illər ərzində orta məktəblərdə ciddi problemlər və xoşagəlməz hadisələr baş verir. Əgər kameralar quraşdırılsa, validenlər kameradan baxar ki, şagirdlər nə edir. Qeyd edək ki, bir çox məktəblərin dəhlizlərində kamera sistemi quraşdırılsada, siniflərdə bu kameralardan quraşdırılmayıb. Bu səbəbdən də dəhlizlərə nəzarət mümkün olsa da sinif otaqlarında şagirdlərin və müəllimlərin davranışları nəzarətdən kənar qalıb. Baş verən problemlərin qarşısının alınaması kameralaşdırılmadan keçir".

Həmidə İBRAHİMLİ