Milli Məclisin deputatı Türkiyə Respublikasına səfər edəcək

 11:03 20.11.2023     247

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova noyabrın 21-də Türkiyə Respublikasının Antalya şəhərinə  səfər edəcək.

Bu barədə Redaktor.az-Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində millət vəkili “Kişilər və qadınlar arasında bərabər imkanların təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçiriləcək konfransda iştirak edəcək.

Səfər noyabrın 24-də başa çatacaq.