Deputatlar Naxçıvana gedir
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Ülviyyə Həmzəyeva və Səttar Möhbalıyev 23-24 noyabr tarixlərində Naxçıvan şəhərində keçiriləcək “Qərbi Azərbaycan: qayıdışa gedən yol” mövzusunda beynəlxalq konqresdə iştirak edəcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Millət vəkilləri, həmçinin, Naxçıvanda keçiriləcək “Qərbi Azərbaycana qayıdış” adlı festivala da qatılacaqlar.