"Meqa Sığorta" işçi axtarır - VAKANSİYA

 13:16 23.11.2023     335

Korporativ satış şöbəsinə sığorta məhsullarının satışı sahəsində təcrübəsi olan komanda üzvləri axtarırıq.

Vakansiyalar:

  • Korporativ satış üzrə mütəxəssis
  • Korporativ satış üzrə aparıcı mütəxəssis
  • Korporativ satış üzrə qrup rəhbəri

Namizədlərə olan tələblər:

·        Təhsil: Ali

·        Axtardığımız şəxsi keyfiyyət: Müştərilərlə rahat ünsiyyət qurmaq və inandırmaq bacarığı

·        İş təcrübəsi: Sığorta sektorunda biznesin inkişafı və satış sahəsində təcrübəsi olanlara üstünlük verilir

·        Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili (yaxşı) 

Əsas vəzifə öhdəlikləri

Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək

Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək

Sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş aylıq, rüblük və illik satış planlarını yerinə yetirmək.

İş şərtləri:

Əmək müqaviləsi bağlanılır

İş qrafiki: I-IV günlər (09:00-18:00), V gün (09:00-17:00). Şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir

Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqlarına əsasən təyin olunur. Əmək haqqından əlavə olaraq rüblük və illik bonus veriləcək.

Zəhmət olmasa mövzü bölməsində “Korporativ satış” qeyd etməklə CV-nizi (foto əlavə edilməlidir) hr@meqasığorta.az e-mail ünvanına göndərin. Yalnız ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.