Bakıda İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin konfransı başa çatdı

 18:00 23.11.2023     234

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı öz işini başa çatdırıb.

Redaktor.az xəbər verir ki, konfransın yekunu üzrə birgə qətnamə qəbul edilib.

Qeyd edək ki, noyabrın 21-dən 23-dək Bakıda keçirilən əmək nazirlərinin 5-ci konfransı çərçivəsində İƏT Əmək Mərkəzinin açılışı olub. Mərkəzin nizamnaməsini 16 ölkə imzalayıb.