Qubada Regional Travmatoloji Mərkəz yaradıldı

 14:10 25.11.2023     284

Qubada Regional Travmatoloji Mərkəz yaradılıb.

TƏBİB-dən Redaktor.az-a verilən xəbərə görə, Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində Regional Travmatoloji Mərkəz yaradılıb.

Mərkəz tərəfindən Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstərilir.

Mərkəzdə endoprotez əməliyyatları da həyata keçiriləcək.