Bakıda küləyin sürəti 30 m/s-ə çatıb - FAKTİKİ HAVA

 16:17 27.11.2023     262

Azərbaycanda faktiki hava durumu açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 27-si saat 15:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Şahdağa qar yağıb.

Qeyd edilib ki, şimal-qərb küləyi arabir Salyanda 23 m/s, Neftçala, Yardımlı, Tovuz, Ağstafa, Kəlvəz, Daşkəsəndə 20 m/s, Cocuq Mərcanlıda 18 m/s, Sabirabadda 17 m/s, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Cəfərxanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 30 m/s-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Bakıda və Abşeron yarımadasında 15-18 dərəcə, Naxçıvan MR-də 16-19 dərəcə, dağlıq rayonlarında 9-14 dərəcə, Aran rayonlarında 22 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək temperatur olub.