Konstitusiya Məhkəməsinin sədri Türkiyədə səfərdədir

 17:30 28.11.2023     233

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyədə səfərdədir.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov məlumat paylaşıb.

F.Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, Ümummilli Liderin xatirəsini yad edib, önünə gül dəstələri düzüb.