Ağalar Vəliyev yeni vəzifəyə təyin edildi - FOTO

 22:29 28.11.2023     853

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, müavinlər – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, Tahir Süleymanov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, millət vəkili Ağalar Vəliyev, millət vəkili, professor Aqiyə Naxçıvanlı, akademik Abel Məhərrəmov, professor Misir Mərdanov, professor Şəmsəddin Hacıyev, Akif Rəfiyev, professor İbrahim Quliyev, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları iştirak ediblər.

Redaktor.az xəbər verir ki, iclasda bir sıra məsələlərlə yanaşı Azərbaycan Ağsaqqallar Şurasına yeni sədr müavininin seçilməsi müzakirə olunub. Eldar Quliyev bildirib ki, son zamanlarda Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətinin genişləndiyini, əhatə dairəsinin artdığını, həmçinin yaxın gələcəkdə işğaldan azad edilmiş şəhər və rayonlarda yerli təşkilatların da fəaliyyətə başlayacağını nəzərə alaraq Şuranın həyata keçirdiyi işlərin daha səmərəli yerinə yetirilməsi üçün yeni sədr müavininə ehtiyac yaranıb.

Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, millət vəkili, öz səmərəli fəaliyyəti ilə Vətənimizin tərəqqisinə böyük töhfələr verən Ağalar Vəliyevin bu vəzifəyə layiqli namizəd olduğunu qeyd edib və vurğulayıb ki, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinin 6.12-ci bəndini rəhbər tutaraq onun bu vəzifəyə təyin olunmağı barədə əmr imzalayıb. Tədbirdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri də ölkəmizin inkişafında və Şuranın səmərəli fəaliyyətində Ağalar Vəliyevin xidmətlərini yüksək qiymətləndiriblər. Ağalar müəllimin bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliklərini bildirərək, onu Azərbaycan Ağsaqqallar Şurasına yeni sədr müavini təyin olumağı münasibətilə təbrik edərək uğurlar diləyiblər.

Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkil, professor Eldar Quliyev Ağalar Vəliyevə sədr müavini vəsiqəsini təqdim edərək, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

2222222