Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var

 13:24 29.11.2023     310

"Azərsu-dan mənə bildirildi ki, AMEA-nın tabeliyindən çıxan Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var".

Redaktor.az xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Akademiyanın bu gün keçirilən ümumi yığıncağında deyib.

Akademik onların tabeliyindən çıxan qurumların borcu üçün AMEA-ya məlumat verilməməsini istəyib.

Qeyd edək ki, Mərkəzi Nəbatət Bağı Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.(report)