İsveç Azərbaycanlıları Konqresinin rəhbəri barədə ŞOK – MƏŞQÇİDƏN AÇIQLAMA

 13:46 29.11.2023     439

İsveçdə yaşayan azərbaycanlı peşəkar futbol məşqçisi Rüfət Əhmədov İsveç Azərbaycanlıları Konqresinin rəhbəri Emil Mirzəyevdən şikayətçidir.

R.Əhmədov Redaktor.az-a açıqlamasında Emil Mirzəyevin onun yeganə qızını hədələdiyini, həyat yoldaşına zəng edərək onların ailəsinə problem yaradacağını bildirib.

O, bundan çox narahat olduğunu və lazımi qurumlara müraciət edəcəyini vurğulayıb.

“Belə bir insanı tanıdığım üçün təəssüflənirəm, İsveçdə Şuşa ilə bağlı futbol çempionatı keçirmək istəyirdik.
Bütün ideya və təkliflər mənə aiddir. Bundan xəbər tutandan sonra Emil Mirzəyev Çempionatın maliyyələşdirilməsinə kömək edəcəyinə söz verdi. Mən də bir həmyerli kimi ona güvənirdim. Düşündüm ki, ölkəmiz adına daha böyük bir tədbir keçirək.

Təəssüf ki, ondan azərbaycanlı adına yaraşmayan addımlar gördüm.

Guya İsveç Azərbaycanlıları Konqresi çempionatın bütün xərclərini öz üzərinə götürüb. Halbuki o, bizə sonradan Mirzəyev bu tədbirə pul ayıra bilməyəcəyini açıqlamışdı. O zaman adam təəccüblənir ki, axı sən bacarmırsansa, niyə bu işə qarışırsa, mane olmaq üçünmü? Sanki işimizi pozmaq üçün bizimlə əlaqə saxlayıb.

Tədbirimiz Şuşanın adını daşıyırdı. Mirzəyev çempionat üçün maliyyə dəstəyi vəd etdi, amma təəccübləndi və mənim layihəmin təşəbbüskarı olduğunu dedi. Onun düşüncəsinə görə təşkilatçı və sponsor eyni olur. Bir sent də ödəmədən (o heç sponsor da deyil) nəinki pulun bir hissəsini ödəniş üçün Konqresin hesabına köçürdü, həm də mənimsədi.

Hətta çempionatın hakimi və musiqi dizayneri cəmi 38200 kron olan pulun qalan hissəsini ödəməyib. Üstəlik, külli miqdarda pulun göstərildiyi rəsmi sənəddə mənim imzamı saxtalaşdırıb. Bununla bağlı müvafiq yerlərə müraciət edəcəm.

O, bir çox kütləvi informasiya vasitələrində çempionatla bağlı yalan məlumatlar verib. Məsələn, çempionata qətiyyən aidiyyatı olmayan şəxslərin adları çəkilib".

Rüfət Əhmədov redaksiyamızdan fikirlərinin Azərbaycana çatdırılmasını xahiş etdi.

"Deyir bakılıdır, Bakıda doğulub. Stokholmda Universiteti bitirib. 2016-cı ildə burada "Neftçi" Futbol Klubunu yaradıb. Burada keçirdiyimiz futbol çempionatına pul ayırıb. Bunların hamısı yalandır. Belə bir adamın burada Azərbaycan diasporuna rəhbərlik etməsi sadəcə ayıbdır”.

Redaktor.az