Bakıda bu ərazilərdə su KƏSİLƏCƏK

 19:45 29.11.2023     450

Səməd Vurğun küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar  29 noyabr saat 22:00-dan 30 noyabr saat 08:00-a qədər Nəsimi və Səbail rayonlarının bir  hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

"Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik".