"Xankəndi bir neçə ali təhsil müəssisəsinin mərkəzinə çevriləcək" - Deputat

 16:28 30.11.2023     442

"Hamımızın arzu etdiyimiz hadisələr artıq bir-birinin ardınca təsis olunur, bir-birinin ardınca baş verir. Xankəndində Pedaqoji  İnstitut fəaliyyət göstərirdi. 3 bölmə - Azərbaycan, erməni və rus bölməsi var idi. Ondan başqa da təhsil ocaqları, texnikumlar, peşə məktəbləri vardı".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Xankəndidə Qarabağ Universitetin təsis olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ancaq düşmənlər həmin təhsil ocaqlarının hamısını məhv ediblər:

"İndi qələbə çalmışıq, o cümlədən Xankəndini düşmənlərdən təmizləmişik. Çox gözəl, yüksək səviyyəli təhsil ocağımız - Qarabağ Universiteti yaradılacaq, artıq qərar qəbul olunub. Hesab edirəm ki, bu proseslər davam edəcək. Xankəndi bir neçə ali təhsil müəssisəsinin mərkəzinə çevriləcək. Bütün ətraf rayonlardan hamı Xankəndiyə təhsil almağa gələcək. Bu, şərəfli, qürurverici bir hadisədir".

Həmidə İBRAHİMLİ