Heydər Əliyev Sarayının direktorunun birinci müavini işdən çıxıb

 18:00 02.12.2023     254

Heydər Əliyev Sarayının direktorunun birinci müavini Faiq Mirzəyev işdən çıxıb.

Redaktor.az xəbər verir ki, o bu barədə özünün sosial media hesabında yazıb.

“Hər bir işin sonu olduğu kimi mənim də Heydər Əliyev Sarayındaki 3 illik fəaliyyətim sona çatdı”, - o qeyd edib.

Faiq Mirzəyev həm sabiq nazir Anar Kərimova, həm də mədəniyyət naziri Adil Kərimliyə təşəkkürlərini ifadə edib.

Məlumat üçün qeyd edək ki, Faiq Mirzəyev 2021-ci ildə Heydər Əliyev Sarayının direktor müavini, 2022-ci ildə isə direktorun birinci müavini təyin olunub.