Bakıda bu ərazilərdə su kəsiləcək

 10:24 03.12.2023     266

Bakı şəhəri Fikrət Əmirov və Dilarə Əliyeva küçələrinin kəsişməsində  magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar  03 dekabr 2023-cü il tarixində gün ərzində  Nəsimi,  Səbail və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Redaktor.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

"Yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik".