"Meyil" sözünün yerinə meyl yazılır" - Vəfa İsmayılova
"Mərkəz artıq yeddinci dəfədir montorinq aparır".
Redaktor.az xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib.
"Keçən illə müqayisədə irəliləyiş var, amma qənaətbaxış deyil. "Meyil" sözünün yerinə meyl yazılır. Eyni zamanda "hüzn" və "səbr" sözləri də yanlış yazılır. Hüzün və səbir yazılır. "Anti" ön şəkilçisi bitişik yazılır, amma saytlarda bunun əksini görürük",- deyə o bildirib.
Humay İSGƏNDƏRLİ