"Televiziya və radiolara nisbətən saytlarda əcnəbi sözlərdən daha az istifadə olunur"

 11:27 04.12.2023     307

"Sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də yer adlarının səhv yazılmasıdır".

Redaktor.az xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib.

Onun sözlərinə görə, Şuşa şəhərində yerləşən Gövhər ağa məscidi sözündə "ağa" sözü saytlarda gah böyük, gah kiçik yazılır: "Düzgün yazılış isə "ağa" sözü kiçik hərflə yazılır və ayrı olur. Televiziya və radiolara nisbətən saytlarda əcnəbi sözlərdən daha az istifadə olunur", - şöbə müdiri bildirib.

Humay İSGƏNDƏRLİ