"Dilimizə olan sevgi, qayğı yetərincə deyil" - Akademik

 11:39 04.12.2023     381

Azərbaycan dilinin dövlət dili səviyyəsində yüksəlməsi Heydər Əliyev sayəsindədir.

Redaktor.az xəbər verir ki, bunu "Saytlarımız monitorinq aynasında” adlı məruzə ilə çıxış edən akademik Mövsüm Nağısoylu deyib.

"Monitorinq mərkəzi fəaliyyətə başladığı gündən maarifləndirmə işi görür. Burada məqsəd kiminsə cəzalandırılması deyil, maariflənməkdir. Azərbaycan dili dünyanın ən zəngin, ən məşhur dillərindəndir. Dissertasiyamı yazandan bu günə kimi yazılarımı dəfələrlə oxuyuram. Amma təəssüflər olsun ki, bu kitabda vəziyyət acınacaqlıdır. Dilçilik İnstitunun direktoru olduğum müddətdə də zəng edilirdi ki, filan söz necə yazılır. Axı siz bunu bilməlisiniz. Dilimizə olan sevgi, qayğı yetərincə deyil", - deyə o bildirib.

Humay İSGƏNDƏRLİ