"Bu, o demək deyil ki, geyim yaxşı olmalıdır, ağzına gələni danışmalısan" - Nizami Cəfərov
"Birinci və ikinci sinifdə oxuyanda xəttimiz pis olduğu üçün bizə cəza verilirdi".
Redaktor.az xəbər verir ki, bunu "Saytlarımız monitorinq aynasında” adlı tədbirdə çıxış edən Milli Məclisinin deputatı, filologiya elmləri doktoru Nizami Cəfərov deyib.
"Mahnı oxuyanların da monitorinqi keçirilirdi, görülürdü ki, nə qədər böyük qüsurlar var. Aparıcı elə bilir ki, geyimi yaxşı olmalıdır. Amma danışığa fikir vermirlər. Bu, o demək deyil ki, geyim yaxşı olmalıdır, ağzına gələni danışmalısan. Orta məktəb şagirdi bizi izləyir, saytı, qəzeti açır ki, filan söz səhv yazılıb. Bu, artıq bizim məğlubiyyətimizdir. Yazarların da bəzi səhvləri var. Bu 20 ildə gah "əsl" yazılıb, gah "əsil" yazılıb. Vəfa xanım, siz danışanda deyirsiz ki, "fikrimizcə". Baxın, monitorinq aparan qurumsunuz, "fikrimizcə" deyə bilməzsiniz. Burada başqalarının da fikri var", - deyə o bildirdi.
Humay İSGƏNDƏRLİ