"Bəzən jurnalistlərin səhvləri orfoqrafiya lüğətində olan səhvlərə görədir" - Nadir Məmmədli

 12:23 04.12.2023     522

"Bəzi səhvlər özümüzdən irəli gəlir".

Redaktor.az xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli söyləyib.

"Bəzən jurnalistlərin səhvləri orfoqrafiya lüğətində olan səhvlərə görədir. Azərbaycan dilinin dil korpusunu yaradırıq. O korpus yaranandan sonra lüğətləri daha mükəmməl edəcəyik. Amma başqa xalqların lüğətlərinə baxanda bizim lüğətimiz daha yaxşıdır",- deyə direktor bildirib.

Humay İSGƏNDƏRLİ