"Televiziyalar bildirir ki, qonaq daha səviyyəli olarsa, reytinqimiz aşağı düşür, işçiyə maaş verə bilmirik"
"Jurnalistika fakültəsinin tələbələri ilə təcrübəyə başlayacağıq".
Redaktor.az xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva deyib.
"Müxtəlif universitetlərin tələbələri ilə bu təcrübələri aparırıq, əməkdaşlıq edirik. Tələbələrimiz hələ də esse yaza bilmirlər, fikirlərini ifadə edə bilmirlər. Dil daha toxunulmazdır, düşünürük ki, 2-3 il sonra cərimələr tətbiq ediləcək. Aparıcılar deyir ki, mənim nitqimin monitorinqinə ehtiyacı yoxdur. Televiziyalar bildirir ki, aparıcının nitqi qüsursuz olarsa, qonaq daha səviyyəli olarsa, reytinqimiz aşağı düşür, işçiyə maaş verə bilmirik", - deyə direktor bildirib.
Humay İSGƏNDƏRLİ