"Təhsil xərcləri 7,3 milyon manat artırılır"

 11:20 05.12.2023     369

Büdcə layihəsi 1 aydan çoxdur ki, Milli Məclisdə müzakirə olunur.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili söyləyib.

O bildirib ki, bütün iclaslarda deputatlar 130 dəfədən çox çıxış edib:

“Hesablama Palatası büdcə layihəsinə müsbət rəy verib. Müzakirələrdə deputatlar bəzi təkliflərdə çıxış edib. Təkliflərə görə 2024-cü il büdcə layihəsinə bəzi qanunauyğunluqların edilməsi nəzərədə tutulur.  Təhsil xərcləri 7.3 milyon artırılır. Gələn il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, kəsiri 2 milyard 590 milyon manat, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri 3 milyard 379 milyon manat məbləğlərində müəyyən edilib”.

Qeyd edək ki, Milli Məclisin spikeri Sahibə Qafarova əlavə edib ki, 73 deputat plenar iclasda dövlət büdcəsi haqqında fikirlərini bildirib.

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən