Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul olundu

 11:38 05.12.2023     195

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, qanun layihəsinə əsasən, siqaret və alkoqollu içkilərin aksiz dərəcəsinin artırılması, aksiz vergisindən azad edilən məhsulların siyahısının genişləndirilməsi, motosikletlərə aksiz vergisinin müəyyənləşdirilməsi, mikro sahibkarlara vergi güzəştinin şərtlərinin dəyişdirilməsi, kiçik sahibkarlığa keçid stimullaşdırılması, mikro sahibkarların sosial sığorta haqlarının 25 faizinin ödəyəcəkləri vergidən çıxılması, tibb müəssisələri, özəl tibbi praktika ilə məşğul olan şəxslər, tədris bazası kimi fəaliyyət göstərən xəstəxanalar və film istehsalı ilə bağlı vergi güzəştinin müəyyənləşdirilməsi və s. təklif olunur.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Humay İSGƏNDƏRLİ